"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 21/08/2019, 06:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi MEDİA İNFORM-TV

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 1 » Bayramov Adilxan Hüseynəli oğlu
04:28
Bayramov Adilxan Hüseynəli oğlu

YAZIÇILAR VƏ SAIRLƏR

  Bayramov Adilxan Hüseynəli oğlu - Tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi. Filologiya elmləri doktoru.

      Həyatı

   Adilxan Bayramov 1949-cu il fevralın 19-da Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur.

     1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966-1971-ci ilərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır.

     1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir.

    1980-2007- ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır.

       2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

       AdilxanBayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur.Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

  • Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı radio- televiziya verilişlərinin, çoxsaylı məqalələrin müəllifidir. Şairirn poemaları əsasında bir neçə radio- tamaşa, "Hürmüz və Əhrimən" poeması əsasında pyes hazırlamış, "Muğan" poemasının motivləri üzrə "Ceyran" televiziya filminin ssenarisini yazmışdır. Adilxan Bayramovun nəşr olunmuş "Yaşayan ömür" (1990), "Vurğun ocağı" (1997), "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik)" (1999), "Səməd Vurğun: milli və ümumbəşəri" (2006), "Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr" (2015) kitabları şairin ömür yolunu və yaradıcılığını işıqlandırır.

       Adilxan Bayramov ədəbi tənqid və ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparır.

       "Heydər Əliyev və muzeylərimiz" (1999), "Bakı muzeyləri" (şərikli- 2006), "Tariximiz, yaddaşımız, sərvətimiz" (2007), "Sənət, sənət məbədləri, sənət fədailəri" (2015) kitablarının, "Ədəbi- xatirə muzeyləri", "Tarix- diyarşünaslıq muzeyləri", "Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)" adlı metodiki vəsaitlərin müəllifi, Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş "Üzeyir Hacvıbəyov ensiklopediyası"nın müəlliflərindən biridir.

       Adilxan Bayramovun qələmindən çıxmış bu nəşrlər ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə olunur.

       Adilxan Bayramov bədii tərcümə ilə də məşğul olur. Bir sıra səhnə əsərlərini, o cümlədən məşhur rus yazıçısı M. Bulqakovun "Morfi" hekayəsi əsasında səhnələşdirilmiş "Tövbə" pyesini rus dilindən Azərbaycan dilinə çevirmişdir. Bu tərcümələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış və səhnədə oynanılması teatrlara tövsiyə edilmişdir.

       Çoxsaylı elmi və elmi-metodiki məqalələri, habelə bədii və bədii-publisistik yazıları çap olunmuşdur. Mətbuatda vaxtaşırı "A.Byramqullu" və "A.Bayramquluoğlu" imzaları ilə bədii yazılarla çıxış edir.

     Müxtəlif mətbuat orqanlarında Adilxan Bayramovun özü və araşdırmaları barədə bir sıra mütəxəssislərin məqalələri dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmiş, "Elim-obam Sadaxlı" (Bakı, 2000), "Borçalı alimləri" (Bakı, 2000) , "Azərbaycan yazıçıları"(Bakı, 2004), "Əlamətdar və tarixi günlər təqvim-2014", "Borçalının Sadaxlı dünyası" (2014) ensiklopedik-məlumat kitablarında, habelə "Azərbaycan Milli Ensiklopediyası"nda (lll cild, Bakı, 2011) və "Azərbaycan" saytında (müxtəlif dillərdə) biblioqrafik məlumat verilmişdir.

  1. Aşıqlar Birliyi İdarə Heyətinin, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Müasir mədəniyyətşünaslıq" jurnalının baş redaktorunun müavini, "Qarapapaqlar" (Gürcüstan) dərgisi redaksiya heyətinin üzvüdür.

       Müxtəlif vaxtlarda "Səməd Vurğun-90" fəxri xatirə diplomuna, "Səməd Vurğun mükafatı"na, digər fəxri fərman və mükafatlara layiq görülmüş, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.

      Nəşr olunmuş kitablarının siyahısı

  1. Yaşayan ömür. Bakı, "İşıq", 1990, 10 000 nüsxə, 90 səh.
  2. Vurğun ocağı. Bakı, AAMM, 1997, 1000 nüsxə, 73 səh.
  3. Heydər Əliyev və muzeylərimiz. Bakı, "Şur", 1999, 500 nüsxə, 90 səh.
  4. Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik. Bakı, "Azərbaycan Universiteti", 1999, 1000 nüsxə, 309 səh.
  5. Səməd Vuğun: milli və ümumbəşəri. Bakı, "Səda", 2006, 1000 nüsxə, 314 səh.
  6. Bakı muzeyləri (şərikli). Bakı, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi, 2006, 500 nüsxə, 123 səh.
  7. Tariximiz, yaddaşımız, sərvətmiz. Bakı, "E.L.", 2007, 500 nüsxə, 140 səh.
  8. Sənət , sənət məbədləri, sənət fədailəri. Bakı, "Vətənoğlu", 2015, 300 nüsxə, 336 səh.
  9. "Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr", Bakı, "Vətənoğlu", 2015, 300 nüsxə, 256 səh.
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 78 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar