"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 21/08/2019, 06:49
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  İYUN 2017  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi MEDİA İNFORM-TV

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » İYUN » 25 » Hacıyev Abbas Məhəmməd oğlu
03:05
Hacıyev Abbas Məhəmməd oğlu

YAZIÇILAR VƏ SAIRLƏR      Hacıyev Abbas Məhəmməd oğlu — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973).

       Həyatı

       Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində anadan olmuşdur. Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, 1948-ci ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuşdur. 1952-1957-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Tələbəlik dövründə adlı təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

     Əmək fəaliyyətinə Marneulidə müəllimlikdən başlamışdır (1957). Bir neçə aydan sonra onu Gürcüstan KP Marneuli rayon komitəsınə təlimatçı vəzifəsinə keçirmişlər. 1959-1961-ci illərdəMarneuli rayon komsomol komitəsinin birinci katibi olmuşdur. Həmin dövrdə Borçalı türklərinin hüquqlarının qorunması, burada Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı üçün prinsipiallıq və fədakarlıqla çalışmışdır.

       Sonra Bakıdan nüfuzlu alimlərin dəvəti ilə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda dövlət xadimi, yazıçı-alim Şıxəli Qurbanovun başçılq etdiyi ədəbi əlaqələr şöbəsində aspiranturada təhsilini davam etdirmişdir (1961-1964).

       Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə "Tiflis ədəbi mühiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

    1965-ci ildə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1970-ci ildə yazıçı Mirzə İbrahimovunyaradıcılığına həsr edilmiş doktorluq dissertasiyasını müdafiə etmişdir.

      1964-1974-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur, 1974-1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.

       Özünün istəyi ilə 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə köçürülmüşdür. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmiş, uzun illər Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın əsasları, ədəbi tənqid və digər fənlərdən dərs demişdir. Müəllim və kafedra müdiri kimi yeni ədəbiyyatşünaslar nəslinin formalaşmasında böyük rol oynamışdır, bir çox dissertasiya işlərinin elmi rəhbəri, məsləhətçisi, opponenti, rəyçisi olmuşdur.

       1961-ci ildə Gürcüstan SSR Marneuli rayon Sovetinə deputat seçilmişdir. Gürcüstan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə (1961), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə (2006) təltif olunmuşdur. Hacıyev Abbas 21 yanvar 2011-ci illdə vəfat edib.

         Elmi fəaliyyəti

       Abbas Hacıyev 1970-ci ildən filologiya elmləri doktoru, 1973-cü ildən professor olmuşdur. 1980-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Bir sıra monoqrafiya və dərsliklərin, elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.

       Onun "Tiflis ədəbi mühiti", "Tiflis Azərbaycan Teatrı", "Tiflis Azərbaycan və Adıgün türk teatrı", "Mirzə İbrahimov", "Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq", "Ədəbiyyat nəzəriyyəsi", "Ədəbiyyatşünaslığın əsasları", "Sənətkarın yaradıcılıq fərdiliyi", "Bədii əsərin strukturu", "Ədəbi növlər və janrlar", "Ədəbi meyllər və cərəyanlar" adlı kitabları geniş yayılmışdır.

       Onun yaradıcılığında ədəbiyyat nəzəriyyəsi, ədəbi-bədii mətnin poetikası, TiflisBorçalı ədəbi mühiti, XX əsr Azərbaycan ədəbiyyatı, teatr tarixi və teatrşünaslıq, mətbuat tarixi mühüm yer tutur.

       Keçən əsrin əvvəlləri Tiflis Azərbaycan ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Adıgün türk teatrına dair Gürcüstan, RusiyaAzərbaycan arxivlərində olan bir çox sənəd və mənbələri ilk dəfə məhz Abbas Hacıyev aşkarlayaraq tədqiq və dərc etmişdir. Bu mühitdə fəaliyyət göstərmiş bir sıra sənət xadimlərinin, ədib, rejissor, aktyor və mətbuat xadimlərinin yaradıcılığı haqqında materialları aşkarlayıb bu haqda ilk elmi söz deyən də Abbas Hacıyev olmuşdur.

       O, Tiflis Azərbaycan ədəbi mühitinin, ictimai-mədəni həyatının, Tiflis, Borçalı və Ahısqada fəaliyyət göstərmiş teatrların, mətbuat orqanlarının tarixini, mədəniyyət və sənət xadimlərinin həyatını, Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin naməlum səhifələrini geniş şəkildə və tarixi sənədlər əsasında işıqlandırmışdır.

       Adıgün türk teatrının tarixinə dair əsərləri Azərbaycan mətbuatı ilə yanaşı, Türkiyə alimləri tərəfindən də bu sahədə ilk tədqiqat kimi yüksək qiymətləndirilmişdir.

       Arxiv materialları, real faktlarla Borçalı, Tiflis, Ahısqa ərazisindəki türk mədəniyyətinin ümummilli dəyərini, əhəmiyyətini, avtoxton xarakterini təsbitləmiş, bu sahədə gələcək araşdırmalar üçün sanballı zəmin yaratmışdır.

   Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Elçin və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.

    Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı müasir ədəbiyyat nümunələrinə dair bir sıra dəyərli tənqidi əsərləri var.

     Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk sanballı "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi prosesin mahiyyətinə dair araşdırmalar aparmışdır.

       BDU Filologiya fakültəsində filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşmış elmi şuranın (1979-1988), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya elmləri namizədi alimlik dərəcəsi adı verən ixtisaslaşmış elmi şurasının (1980-ci ildən), Nizami adına Dil və Ədəbiyyat İnstitutu nəzdində Müdafiə şurasının, Təhsil Problemləri İnstitutu nəzdində Müdafiə Şurasının, Təhsil Nazirliyi elmi-metodik şurasının və digər qurumların üzvü olmuşdur.

       Əsərləri haqqında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin mətbuatında nüfuzlu alimlərin rəyləri dərc olunmuşdur.

       Onun rəhbərliyi ilə bir çox ədəbiyyatşünaslar nəsli yetişmiş, xüsusən, TiflisBorçalı ədəbi mühitinə, Tiflis Azərbaycan Teatrına, Ahısqa türklərinin mədəniyyətinə, mətbuat tarixinə dair əsərləri bu sahədə sonrakı araşdırmalara yol açmış və dəyərli məxəz olmuşdur.

       Əsərləri

  1. Tiflis ədəbi mühiti. Bakı: Yazıçı, 1980
  2. Mirzə İbrahimov. Bakı: Yazıçı, 1982
  3. Tiflis Azərbaycan Teatrı. Bakı: İşıq, 1984
  4. Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq. Bakı: Yazıçı, 1986
  5. Ədəbiyyatşünaslığın əsasları. Bakı: APİ nəşri, 1988
  6. Sənətkarın yaradıcılıq fərdiliyi. Bakı: APİ nəşri, 1990
  7. Bədii əsərin strukturu. Bakı: ADPİ nəşri, 1992
  8. Ədəbi növlər və janrlar. Bakı: ADPİ nəşri, 1994
  9. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 1996
  10. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Zaman, 1999
  11. Ədəbiyyatşünaslığm əsasları. (dərslik, yeni nəşr). Bakı, 2005
  12. Tiflis Azərbaycan və Adıgün türk teatrı. Bakı, 2006
  13. Həyat və ədəbi tale (ədəbi-tənqidi məqalələr). Bakı, 2008
  14. Ədəbiyyatşünaslığm əsasları (dərslik). Bakı, 2010
  15. Ədəbi meyllər və cərəyanlar. Bakı, 2010
  16. Sənətin işığında. Bakı, 2010
  17. Prof.Dr. Abbas Hacıyev. Adigön Türk Tiyatrosu
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 91 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar