"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR ERTƏSİ, 26/08/2019, 11:22
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi MEDİA İNFORM-TV

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Rüstəmxanlı Sabir Xudu oğlu
07:16
Rüstəmxanlı Sabir Xudu oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Rüstəmxanlı Sabir Xudu oğluVətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi.

     Həyatı

    Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildəAzərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilmişdir.1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. S.Rüstəmxanlı 1976-cı ildə "Molla Nəsrəddin" və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.

     Yaradıcılığı

     Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. KitablarıAzərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. "Ömür kitabı" adlı əsəriAzərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür.

       Karyerası

       İctimai-siyasi fəaliyyəti

     1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis etmiş, iki il onun baş redaktoru olmuşdur.

     1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olmuşdur.1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.

     1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir.

     1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir.

    1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla "Şöhrət" ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir.

     2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür.

   20052010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat olmuşdur.

      Parlamentdə (1990-1995)

     26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

       Diaspor fəaliyyəti

     S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilmişdir Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədriir..

     Filmoqrafiya

  1. 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film)
  2. Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
  3. Azərbaycana namus və sevgiylə (film, 2006)
  4. Baba Dağ (film, 2006)
  5. Cavad xan (film, 2009)
  6. Cavad xan. Filmin filmi (film, 2007)
  7. Daş (film, 1977)
  8. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  9. Meşəyə insan gəlir (film, 1980)
  10. Musaküçə kəndinin sakinləri (film, 1973)
  11. Neft Daşlarının 25 illiyi (film, 1975)
  12. Payızın 17 anı (film, 2007)
  13. Qayıdış (film, 1988)
  14. Suvenir (film, 1972)
  15. Talada ev (film, 1986)
  16. Tikilir, amma... (film, 1973)
  17. Uçuş xətti (film, 1987)
  18. Zəlimxan dastanı (film, 2007)
  19. Əsgər mahnıları

     Kitabları

  • "Tanımaq istəsən",
  • "Xəbər gözləyirəm",
  • Sevgim,sevincim
  • "Gəncə qapısı",
  • "Sağ ol, ana dilim!",
  • "Qan yaddaşı",
  • "Ömür kitabı",
  • Atamın ruhu
  • Bu sənin xalqındır
  • "Zaman məndən keçir"
  • "Xətai yurdu",
  • "Göy Tanrı",
  • "Bütövlük həsrəti",
  • "Atamın ruhu" (təkrar)
  • "Ölüm zirvəsi",
  • "Difai fədailəri",
  • "Sunami",
  • "Əbədi Sevda".
  • Dərdə əyilmə
  • Şair və Şər
  • Akademikin son işi
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 74 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar