"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR ERTƏSİ, 26/08/2019, 12:05
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi MEDİA İNFORM-TV

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Talıbzadə Abdulla Axund Mustafa oğlu
16:19
Talıbzadə Abdulla Axund Mustafa oğlu

YAZIÇILAR VƏ SAIRLƏR     Talıbzadə Abdulla Axund Mustafa oğlu - azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1940).

         Həyatı

       Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya gəlib. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alıb. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirib. O, milli gələnəklərə, görənəklərə bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan maarifçipedaqoq, romantik şair kimi formalaşıb. Mollanəsrəddinçilərə yaxın olsa da, onlara hörmətlə yanaşsa da baxışlarına, ruhuna görə füyuzatçılara daha doğma idi.

         Yaradıcılığı

       Abdulla Şaiq 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. On altı səhifəlik "Uşaq çeşməyi" kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca "Milli qiraət", "Müntəxabat", "Türk çələngi", "Ədəbiyyat", "Türk ədəbiyyatı", "Gülşəni ədəbiyyat" adlı dərsliklər və proqramlar hazırlayıb.

       A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub. Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

       Şairin "Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlərim", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilab ruhlu şeirləri sayılır. Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb.

    A.Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olub. O, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayıb. M.Ə.Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında A.Şaiqin də adını çəkib. Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun "Vətənin yanıq səsi" şeirində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilib.

     Şairki mücahid" və yaxud "Atı yaralı əsgər" şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışıb1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olub. "A.Şaiq Nümunə məktəbi"nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını vurğulayaraq yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapır. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşar, hörmət əlaməti olaraq "Mirzə" deyərdik. 1923-cü ildə "Nümunə məktəbi"nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi "Şaiq Nümunə məktəbi" adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun "May nəğməsi", "Top oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər. Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir. Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə A.Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur. Talıbzadə Abdulla 24 iyun 1959-ci ildə Bakıda vəfat edib.

       Əsərləri

       Abdulla Şaiq. Seçilmiş əsərləri: I cild – Hekayələri, povesti, romanları; Abdulla Şaiq. Seçilmiş əsərləri: II cild – Şeirləri, qəzəlləri, poemaları, pyesləri; Abdulla Şaiq. Seçilmiş əsərləri: III cild – Şeirləri, mənzum hekayələri və poemaları, hekayələri, təmsilləri, pyesləri.

       Kitabları

  1. Gülşən ədəbiyyat. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 89 səh.
  2. Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 64 səh.
  3. Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 18 səh.
  4. Tıq-tıq xanım. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 16 səh.
  5. Tülkü və xoruz. Bakı: Kaspi mətbəəsi, 1911, 15 səh.
  6. Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 56 səh.
  7. Gözəl bahar pyesi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 34 səh.
  8. Gülzar qiraət kitabı. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 34 səh.
  9. Bədbəxt ailə. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 42 səh.
  10. Kimdir haqlı? pyesi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 39 səh.
  11. Murad. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 15 səh.
  12. Ürək tikmək, yaxud Qurban bayramı. Bakı: Kaspi mətbəəsi, 1913, 14 səh.
  13. Şələquyruq. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 16 səh.
  14. Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1915, 57 səh.
  15. Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917, 57 səh.
  16. Milli qiraət kitabı. Bakı: Hökumət mətbəəsi, 1919, 228 səh.
  17. Uşaq gözlüyü. Bakı: İran mətbəəsi, 1919, 56 səh.
  18. Türk çələngi. Bakı: Hökumət mətbəəsi, 1919, 405 səh.
  19. Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1919, 57 səh.
  20. Vətən. Bakı: Birinci hökumət mətbəəsi, 1919, 30 səh.
  21. Ədəbiyyat dərsləri. Bakı: Hökumət mətbəəsi, 1919, 134 səh. (Hüseyn Cavidlə birlikdə)
  22. Milli qiraət kitabı. Bakı: Hökumət mətbəəsi, 1919, 228 səh.
  23. Şələquyruq (ikinci çapı). Bakı: Azərnəşr, 1921, 110 səh.
  24. Milli qiraət (ikinci təbi). Bakı: Azərnəşr, 1922, 232 səh.
  25. Qiraət kitabı. Bakı: Azərnəşr, 1924, 145 səh.
  26. Türk dili (Uşaq gözlüyü). Bakı: Azərnəşr, 1924, 80 səh.
  27. Türk ədəbiyyatı. Bakı: Azərnəşr, 1924, 334 səh.
  28. Qiraət kitabı. Bakı: Yeni türk əlifbası komitəsi, 1925, 167 səh.
  29. Müəllim (hekayə). Bakı: Azərnəşr, 1926, 38 səh.
  30. Məktub yetişmədi. Bakı: Azərnəşr, 1926, 22 səh.
  31. Göbələk. Bakı: Uşaqgəncnəşr, 1926, 15 səh.
  32. Anabacı. Bakı: Azərnəşr, 1926, 16 səh.
  33. İldırım. Bakı: Azərnəşr, 1927, 91 səh.
  34. Tülkü həccə gedir. Bakı: Azərnəşr, 1927, 40 səh.
  35. Dördüncü il (dərslik). Bakı: Azərnəşr, 1929, 176 səh.
  36. Dördüncü il (dərslik). Bakı: Azərnəşr, 1930, 176 səh.
  37. Eşşək üstündə səyahət. Bakı: Azərnəşr, 1933, 10 səh.
  38. Seçilmiş hekayələr. Bakı: Azərnəşr, 1933, 180 səh.
  39. Oyunçu bağalar. Bakı: Azərnəşr, 1934, 28 səh.
  40. Çocuq şeirləri. Bakı: Azərnəşr, 1934, 16 səh.
  41. Oyunçu bağalar. Bakı: Azərnəşr, 1936, 40 səh.
  42. Tülkü həccə gedir. Bakı: Azərnəşr, 1936, 20 səh.
  43. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1936, 270 səh.
  44. Məktub yetişmədi. Bakı: Azərnəşr, 1937, 16 səh.
  45. Yaxşı arxa. Bakı: Uşaqgəncnəşr, 1939, 28 səh.
  46. Tapdıq dədə. Bakı: Uşaqgəncnəşr, 1939, 39 səh.
  47. Gözəl bahar. Bakı: Uşaqgəncnəşr, 1940, 32 səh.
  48. Araz (roman). Bakı: Azərnəşr, 1940, 274 səh.
  49. Tıq-tıq xanım. Bakı: Uşaqgəncnəşr, 1942, 10 səh.
  50. Nağıllar. Bakı: Uşaqgəncnəşr, 1945, 54 səh.
  51. Ovçu Məstan. Bakı: Uşaqgəncnəşr, 1945, 23 səh.
  52. Qoç Polad. Bakı: Uşaqgəncnəşr, 1946, 76 səh.
  53. Nüşabə. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
  54. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1948, 428 səh.
  55. Şeirlər, nağıllar. Bakı: Uşaqgəncnəşr, 1948, 32 səh.
  56. Məktub yetişmədi. Bakı: Uşaqgəncnəşr, 1949, 12 səh.
  57. Köç. Bakı: Uşaqgəncnəşr, 1950, 32 səh.
  58. Şeirlər və hekayələr. Bakı: Uşaqgəncnəşr, 1950, 80 səh.
  59. Araz. Bakı: Uşaqgəncnəşr, 1954, 172 səh.
  60. Seçilmiş əsərləri (üç cilddə), I cild. Bakı: Azərnəşr, 1955, 444 səh.
  61. Seçilmiş əsərləri (üç cilddə), II cild. Bakı: Azərnəşr, 1957, 456 səh.
  62. Seçilmiş əsərləri (üç cilddə), III cild. Bakı: Azərnəşr, 1959, 528 səh.
  63. Tülkü həccə gedir. Bakı: Uşaqgəncnəşr, 1959, 16 səh.
  64. Şeirlər və hekayələr. Bakı: Uşaqgəncnəşr, 1959, 112 səh.
  65. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 480 səh.
  66. Xatirələrim. Bakı: Uşaqgəncnəşr, 1961, 224 səh.
  67. Qoç Polad. Bakı: Uşaqgəncnəşr, 1962, 88 səh.
  68. Bənövşə. Bakı: Azərnəşr, 1964, 14 səh.
  69. Pirin kəraməti. Bakı: Azərnəşr, 1965, 39 səh.
  70. Tıq-tıq xanım. Bakı: Uşaqgəncnəşr, 1966, 16 səh.
  71. Şələquyruq. Bakı: Azərnəşr, 1966, 23 səh.
  72. Yaxşı arxa. Bakı: Maarif, 1966, 46 səh.
  73. Tülkü həccə gedir. Bakı: Gənclik, 1968, 16 səh.
  74. Gözəl bahar. Bakı: Gənclik, 1968, 27 səh.
  75. Araz. Bakı: Gənclik, 1969, 198 səh.
  76. Tıq-tıq xanım. Bakı: Gənclik, 1970, 16 səh.
  77. Yaxşı arxa. Bakı: Gənclik, 1971, 16 səh.
  78. Araz. Bakı: Gənclik, 1973, 199 səh.
  79. Xatirələrim. Bakı: Gənclik, 1973, 364 səh.
  80. Şeirlər, poemalar, təmsillər. Bakı: Gənclik, 1976, 21 səh.
  81. Qoç Polad. Bakı: Gənclik, 1977, 264 səh.
  82. Əsərləri (beş cilddə), I cild. Bakı: Azərnəşr, 1966, 555 səh.
  83. Əsərləri (beş cilddə), II cild. Bakı: Azərnəşr, 1968, 602 səh.
  84. Əsərləri (beş cilddə), III cild. Bakı: Azərnəşr, 1972, 652 səh.
  85. Əsərləri (beş cilddə), IV cild. Bakı: Azərnəşr, 1977, 776 səh.
  86. Əsərləri (beş cilddə), V cild. Bakı: Azərnəşr, 1978, 502 səh.
  87. Araz. Bakı: Gənclik, 1980, 196 səh.
  88. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1984, 444 səh.

       Filmoqrafiya

  1. Rəqs edən bağalar (film, 1935)
  2. Tülkü həccə gedir (film, 1971)
  3. Pıspısa xanım və Siçan bəy (film, 1974)

       Ədəbiyyat

       Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. - səh. 470.

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 116 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar