"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 18/08/2019, 11:17
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası     Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Az. Res-nın Gənclər Fondu

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Frontpage Slideshow - serqqapisi.az

PREZİDENTİN KİTABXANASI

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

İCT NEWS

Azerbaijan English News

Voice of America Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  DEKABR 2018  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

AZ. RES. ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ

BİRİNCİ VİTSE-PREZİDENTİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi MEDİA İNFORM-TV

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2018 » DEKABR » 28 » 2018-ci ildə ən uğurlu film
20:10
2018-ci ildə ən uğurlu film
İCTİMAİ-SİYASİ

2018-ci ilin ən uğurlu filmi bəlli oldu

“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub, 6 ayda iyirmi beynəlxalq festivalda uğur əldə edərək Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi müəyyənləşdirilib

Bu barədə “Azərtac”a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası çərçivəsində çəkilib. Ekran əsəri Avropa mədəniyyətindən, Alman-Azərbaycan dostluğundan bəhs edir. İyirmi beynəlxalq festivalda uğur qazanan film beş festivalda qızıl mükafata layiq görülüb. Dekabr ayında ekran işi daha üç festivalda qələbə uğrunda mübarizəyə qoşulub. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii film” adını qazanıb. Həmçinin bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib.

Baş prodüser hesab edir ki, bu film Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəridir.

Bildirilib ki, ABŞ, İngiltərə və Yaponiya kinoteatrlarında nümayiş etdirilən film “Oskar”ın siyahısına düşməyin bir addımlığındadır.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Şirzad Pirallahı və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.

Bölmə: TV & ŞOU | Baxılıb: 474 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar