17:45 Fəvvarələr meydanında bayram yarmarkası davam edir | |
![]() Fəvvarələr meydanında bayram yarmarkası davam edir Hər il Azərbaycanın paytaxtında və bütün guşələrində xalqımızın sevimli bayramı Novruz qeyd edilir. Bu münasibətlə konsert, festival, yarmarkalar və digər tədbirlər təşkil olunur. ![]() Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə martın 20-dən Fəvvarələr Meydanında bayram yarmarkası açılıb. Yarmarka çərçivəsində ölkənin müxtəlif regionlarından folklor ansamblları, həmçinin tanınmış müğənnilər Bakı sakinləri və şəhərin qonaqları qarşısında çıxış edirlər. ![]() Novruz yarmarkasında ziyarətçilər milli tətbiqi sənət nümunələri, o cümlədən zərgər məmulatları, suvenirlər, geyimlərlə və s. tanış olur, həmçinin milli mətbəximizin ləziz təamlarından dadırlar. | |
|
Şərhlər: 0 | |
|
|